Türkiyədə 4,2 bal gücündə zəlzələ olub.

Unikal.org xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Edilməsi Agentliyi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanlar Dənizli əyalətinin Datça rayonunda, yerli vaxtla saat 12:16-da qeydə alınıb. 

Dağıntı və ya tələfat qeydə alınmayıb.

 Gülayə Mecid