Türkiyə ordusu İraqın şimalındakı Qara bölgəsində terrorçulara qarşı əməliyyat keçirib.

Unikal.org  xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“Türkiyə ordusu “Sülh çeşməsi” əməliyyat bölgəsinə sızmağa cəhd göstərən 2 PKK-çını zərərsizləşdirib", - məlumatda bildirilir.

Qeyd olunub ki, terrorçular Hərbi Hava Qüvvələrinin əməliyyatı nəticəsində məhv edilib.