Azərbaycanlı yanğınsöndürənlər Türkiyəni cənginə alan dəhşətli meşə yanğınları ilə mübarizədə fədakarlıqlarını davam etdirirlər. 

Unikal.org xəbər verir ki, Azərbaycan qardaş ölkədə meşə yanğınlarının lokallaşdırılmasına həm canlı qüvvə, həm də texnikası ilə dəstəkdir. 

Azərbaycan FHN-in qüvvələrinin köməkliyi ilə ötən gün Türkiyənin Kəmərköy və Yeniköy İstilik Elektrik Stansiyaları yaxınlığına qədər gəlib çatan yanğının qarşısı alınıb.

Qeyd edək ki, indiyə qədər Azərbaycandan Türkiyəyə 3 yardım briqadası gedib. Ümumilikdə 510 yanğınsöndürən, amfibiya təyyarəsi, helikopter və xeyli sayda yanğınsöndürmə texnikası göndərilib. Qonşu ölkədə ümumilikdə 200 yanğın ocağından 196-sı nəzarət altındadır. 

Hazırda 5 vilayətdə söndürülmə əməliyyatları davam edir.