Hesablama Palatası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində yoxlamalara  başlayıb. 

Unikal.org-un əldə  etdiyi  məlumata görə, yoxlamalar qurumun fəaliyyəti dövrünü əhatə edir. Palata bu dövr ərzində qurumun fəaliyyətini təftiş edəcək. 

Qeyd edək ki, yoxlamalar artıq yekunlaşmaq üzrədir. Xəbəri Hesablama Palatasından Unikal.org-a təsdiqləyiblər.

Xatırladaq ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyevdir.

Hüseyn İsgəndərov