Gürcüstan Rusiya ilə Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıdıqdan sonra kəsilən diplomatik əlaqələrin bərpasını müzakirə etməyi planlaşdırmır. 

Unikal.org xəbər verir ki, eks-parlament sədri İrakli Kobaxidze cümə günü jurnalistlərə bildirib ki, buna baxmayaraq, Gürcüstan iqtisadi arzular və humanitar cəbhələrdə daha dərin əməkdaşlığı müzakirə etməyə hazırdır. 

"Bu məsələlərlə bağlı dəqiq müəyyən edilmiş bir siyasətimiz var. İşğal və Qərblə inteqrasiyamızla bağlı qırmızı xətlər var. Hər şey bu qırmızı xətlər çərçivəsində müzakirə oluna bilər, amma diplomatik əlaqələrin bərpasından danışa bilmərik", - deyə Kobaxidze deyib. 

Rusiyanın Xarici İşlər Nazirliyinin sözçüsünün müavini Aleksandr Bikantov cümə axşamı günü brifinqdə bildirib ki, Moskva Gürcüstan tərəfinin hazır olduğu ölçüdə Tbilisi ilə ikitərəfli əlaqələri bərpa etməyə hazırdır.

Qeyd edək ki, Gürcüstan Rusiya ilə diplomatik əlaqələrini 2 sentyabr 2008-ci ildə Moskvanın Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımasından sonra kəsib. 

Ağarza Elçinoğlu