Türkiyənin təhlükəsizlik qüvvələri sərhədi qanunsuz keçmək istəyənləri saxlayıb. 

Unikal.org xəbər verir ki, Ədirnədən Yunanıstana qaçmağa çalışan 4 FETO şübhəlisi sərhəddə tutulub. 

Bildirilib ki, onlar Yunanıstana qeyri-qanuni yollarla getmək istəyərkən 1 -ci dərəcəli hərbi qadağa zonasında keçirilən əməliyyatda saxlanılıb.

Araşdırmalar zamanı sözügedən şəxslərin FETO şübhəliləri olduğu müəyyən edilib. 

Hazırda məsələ ilə bağlı araşdırma davam edir. 

Ağarza Elçinoğlu