Çinin Şərqi Türküstan əyalətinin əkinçilik hövzəsində tapılan mumiya əsrlər keçməsinə baxmayaraq gözəlliyi ilə diqqət çəkir.

Unikal.org xəbər verir ki, Çinin bir müddət sərgilənməkdən qorxduğu və "Lolan Gözəlliyi" olaraq adlandırılan mumiya, ölçü və görünüş baxımından asiyalılara bənzəmir.

Mumiyanın özəlliyi, bölgədə çinlilərdən çox əvvəl yaşaması və görünüşünün Qafqaz xalqına bənzəməsidir. Bu gün də  gözəlliyi  ilə  diqqət  çəkən mumiya minlərlə  ziyarətçi qəbul edir. 

 Gülayə  Mecid