Uelsdə yaşayan ailə koronavirus səbəbiylə 11 gün ərzində həyatlarını itiriblər. 

Unikal.org xəbər verir ki,  bu barədə ailədən yalnızca sağ qalan 43 yaşlı Frankis Goncalves məlumat verib.  O,  atasının, anasının və  qardaşının koronavirus  əleyhinə  vaksin vurdurmasını  tələb etsə də, onlar buna razı olmayıb.

Daha sonra  vəziyyətlərini pisləşməsi onların ölümünə səbəb olub.  11 gün ərzində  ard-arda valideynlərini və qardaşını itirən Frankis bu haldan kədərləndiyini bildirib. 

Gülayə Mecid