Bu gün 21 yaşında şəhidlik zirvəsinə ucalmış, leytenant Əliyev Samir Əliheydər oğlunun Suraxanı rayonunda doğum günü  keçirilib.  

Unikal.org xəbər verir ki, bu münasibətlə Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən şəhidimizin adının əbədiləşdirilməsi məqsədilə salınan parkın və inşa edilən bulağın açılış mərasimi olub. Mərasimində icra başçısı Əziz Əzizov, müavinləri və şəhidin ailə üzvləri iştirak edib. 

Lakin mərasimdə  xoşagəlməz anlar yaşanıb.  Belə  ki,  icra başçısı Əziz Əzizov şəhid anasının qarşısına oğlunun şəkilli ad günü tortunu qoyub. Əlindəki bıçaqla oğlunun şəkilli tortuna baxan ananın keçirdiyi hisslər üzündən bəlli olub.  İcra başçısının mərasimi gülərək izləməsi və anadan oğlunun şəkli olan tortu kəsməyini istəməsi sosial  mediada qınaq obyektinə  çevrilib.