"Gələcəkdə koronavirusun mutasiyalarının adlandırılması üçün yunan əlifbasının 24 hərfi kifayət etməyə bilər, bu halda yeni ştamlara bürclərin adlarının verilməsi nəzərdə tutulur".

Unikal.org xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) eksperti Mariya van Kerkhove deyib.

Bildirilib ki, yeni ştamların adlandırılması üçün yunan tanrılarının adları təklif olunsa da, bu variant qəbul edilməyib.

Ekspertin sözlərinə görə, koronavirusun yeni növlərinin adlandırılması ilə bağlı qərar tezliklə elan oluna bilər.

Qeyd edək ki, bu ilin mayında ÜST COVID-19-a səbəb olan "SARS-CoV-2" koronavirus ştamlarının yunan hərfləri ilə adlandırılacağını elan etmişdi.

Bildirək ki, bu günədək məlum pandemiyanın "alfa", "beta", "qamma", "delta" və "lyambda" ştammları məlumdur.

Ağarza Elçinoğlu