Fransada katolik kilsəsinin keşişi qətlə yetirilib.

Unikal.org xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Jerald Darmanen Tvitter hesabında yazıb.

Hadisə Fransanın qərbindəki Vandey bölgəsində baş verib.

“Vandeydə keşişin faciəvi qətlindən sonra ölkəmizdəki bütün katolikləri dəstəkləyirəm. Mən hadisə yerinə gedirəm”, - deyə nazir vurğulayıb.

2020-ci ildə Nant şəhərində kilsəni yandırmaqda şübhəli bilinən, Ruandadan olan qaçqın avqustun 9-da jandarmeriya idarəsinə gedərək keşişi öldürdüyünü etiraf edib.

Hazırda faktla bağlı araşdırma aparılır.