“Taliban” qiyamçıları ABŞ-ın Əfqanıstanda yeni hökumət qurmaq təklifini qəbul etməyəcək.

Unikal.org xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyinə qiyamçıların rəsmi nümayəndəsi Zabiullah Mücahid bildirib.

O, tərəflərin danışıqlarında bu məsələnin hələ müzakirə olunmadığını deyib.

“Amma ümumilikdə keçid hökumətini qəbul etmirik”, - deyə Mücahid qeyd edib.

Qiyamçıların nümayəndəsi onu da vurğulayıb ki, paytaxt Kabilin ələ keçirilməsi ilə bağlı müzakirələr yalnız digər şəhərlər üzərində nəzarət ələ keçirildikdən sonra aparılacaq.