ABŞ prezidenti Co Bayden Vaşinqton rəhbərliyinin Belarusa qarşı tətbiq etdiyi sanksiyaların genişləndirilməsi haqqında fərman imzalayıb.

Unikal.org xəbər verir ki, dövlət başçısının Konqres liderlərinə verdiyi məktub Ağ Ev tərəfindən dərc edilib.

“Mən, Amerika Birləşmiş Ştatları Prezidenti Cozef Bayden, bununla, 16 iyun 2006 -cı il tarixli 13405 saylı İcra Sərəncamı ilə elan edilmiş fövqəladə vəziyyətin əhatə dairəsini genişləndirirəm””, - deyə məlumatda qeyd olunub.