Azərbaycan Silahlı Qüvvələrinin həlak olan hərbi qulluqçusu Oğuzda dəfn edilib.

Unikal.org xəbər verir ki, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin poliqonunda keçirilən döyüş atışlı məşğələ zamanı bədbəxt hadisə nəticəsində həlak olan leytenant İlqar Rüfət oğlu Babayev rayonun Calut kənd qəbiristanlığında torpağa tapşırılıb.