Paytaxtın bir sıra küçə və prospektlərindən sıxlıq müşahidə olunur.

Bakı Nəqliyyat Agentliyindən Unikal.org-a verilən məlumata görə, tıxac olan yollar aşağıdakılardır:

- Ziya Bünyadov prospekti – Əsas yol (Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən başlayaraq, DİN Hospitalın qarşısına qədər olan hissə, “20 Yanvar” dairəsi istiqaməti üzrə sıxlıq müşahidə olunur. Səbəbi isə yol-nəqliyyat vasitələrinin çoxluğudur). 

- Alı Mustafayev küçəsi - köməkçi yol - (Ziya Bünyadov prospekti istiqamətində) sıxlıqdır. 

- Binəqədi şosesi – (Əsasən, Biləcəri – Baksol yolu ilə kəsişmədən başlayaraq, Binəqədi qəsəbəsi istiqamətində) sıxlıqdır.

Qeyd: Ziya Bünyadov prospekti – Əsas yol (Əhməd Rəcəbli küçəsi ilə kəsişməni keçdikdən sonra - Əsas yolda, “20 Yanvar” dairəsi istiqaməti üzrə sıxlığın əsas iki səbəbi var:

- Yol-nəqliyyat vasitələrinin çoxluğu 

- Nəqliyyat vasitələrinin Əhməd Rəcəbli küçəsi ilə kəsişməni keçdikdən sonra üç zolaqlı yoldan yol ötürücüsünün üzərinə doğru iki zolaqlı yola daxil olmasıdır (Yol-nəqliyyat hadisəsinin və nasazlığının olmadığı vaxtlarda).