Çinin texnologiya nəhəngi “Xiaomi” yeni “CyberDog” dörd ayaqlı robotunu təqdim edib.

Unikal.org  xəbər verir ki, bu barədə “The Verge” məlumat yayıb.

Robot 12 km / saat sürətlə hərəkət etməklə yanaşı, saltolar etməyi də bacarır. Onun çəkisi 3 kq -dır, kameralar, sensorlar, GPS modulu və geniş bucaqlı gözlə təchiz olunub. “CyberDog”, Amerikanın “Nvidia” şirkətinin “Jetson Xavier” süni intellekt platformasında hazırlanıb.

“Xiaomi” yeni ixtiranın məqsədini açıqlamır. İlk partiyada 1 000 ədəd istehsal ediləcək və birinin qiyməti 9999 yuan (təxminən 1,540 ABŞ dolları) olacaq.