Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nizami və Xətai rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 3 müraciət daxil olub.

Bu barədə Unikal.org-a Fövqəladə Hallar Nazirliyindən bildirilib. Məlumata görə, dərhal çağırış ünvanlarına Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

2-si azyaşlı olmaqla 5 nəfərin liftdən çıxarılması təmin edilib.