Nigeriyanın Sokoto əyalətində, "təsadüfən gübrə atıldığı" bildirilən yeməkdən yeyən 24 nəfər ölüb. 

Unikal.org xəbər verir ki, Sokoto Dövlət Sağlamlıq Komissarı Dr. Ali İnnamə açıqlamasında, əyalətin Danzanke kəndində bir ailənin şam yeməyində duz yerinə gübrə istifadə edildiyini ifadə edib. 

Belə  ki, yemək yeyən 24 adam zəhərlənərək, həyatını itiriblər. 2 nəfər isə  ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. 

İnsanları bu hadisədən dərs almağa və zəhərli kimyəvi maddələri asanlıqla əldə edilə bilən yerlərdən uzaq tutmağa çağıran İnnam, belə bir hadisənin bir daha təkrarlanmaması üçün ictimaiyyətin diqqətli olması tələb edib. 

Ailənin duz yerinə  gübrədən istifadə etməsi isə  araşdırmalara verilib. 

 Gülayə  Mecid