Kaliforniyada şidətli meşə yanğınları davam edir.

Unikal.org xəbər verir ki, yanğın mindən çox binanı məhv edib. Hazırda daha 14 min ev yanma təhlükəsi ilə üz-üzə qalıb.

Kaliforniya Meşəçilik və Yanğından Mühafizə Departamentinin məlumatına görə, 14 iyulda baş verən yanğın 1984 kvadrat kilometr ərazini əhatə edib.

Qeyd edək ki, “Dixie” adı verilən yanğın Kaliforniya və ABŞ tarixində bu günə qədər ən böyük yanğın hesab edilir.

Ağarza Elçinoğlu