Cəlilabad Rayon Polis Şöbəsinin (RPŞ) rəisi, polis polkovniki Mübariz Quliyev vəzifəsindən azad edilib.

Unikal.org-un məlumatına görə, bununla bağlı, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, işdən çıxarılan M.Quliyev sərəncama götürülüb.

Xəbəri Cəlilabad RPŞ-dən Unikal.org-a təsdiqləyiblər.

Qeyd edək ki, Cəlilabad Rayon İcra Hakimiyyətinin sabiq başçısı Namiq Zeynalov ötən ilin dekabr ayında həbs edilib.

Seymur Əli