18 Sentyabr 2019
17 Sentyabr 2019
Kurmanbek Bakiyevə 24 illik cəza
Kurmanbek Bakiyevə 24 illik cəza DÜNYA 15:08 2013-02-12



Bişkek Hərbi Qarnizonunun Hərbi Məhkəməsi Qırğızıstanın sabiq prezidenti Kurmanbek Bakiyev və onun qardaşı, Dövlət Mühafizə Xidmətinin sabiq rəisi Janıbek Bakiyev barədə hökm çıxarıb.

Lent.az-ın “tengiznews.kz” saytına istinadən verdiyi məlumata görə, məhkəmə Kurmanbek Bakiyevi vəzifə səlahiyyətlərini aşmaqda, bir və bir neçə şəxsin ölümündə iştirakda günahlandırıb.

Söhbət 2010-cu ilin aprelində Bişkekdə Prezident Administrasiyası qarşısında kütləvi aksiya zamanı ölən insanlardan gedir. Bununla bərabər, məhkəmə Kurmanbek Bakiyevin əmlakının müsadirə edilməsi və ciddi rejimli cəzaçəkmə müəssisəsində cəzasını çəkməsi barədə də qərar verib.

Janıbek Bakiyev isə Qırğızıstan Cinayət Məcəlləsinin 11-ci maddəsi üzrə günahkar sayılıb. Onun haqqında əmlakı müsadirə edilməklə ömürlük həbs cəzası verilib. Janıbek Bakiyev general-leytnant rütbəsindən də məhrum edilib.

Qeyd edək ki, Bikiyev qardaşları Qırğızıstanı tərk edib, 2010-cu ildən beynəlxalq axtarışdadırlar. Buna görə də onlar haqqında məhkəmə hökmü qiyabi xarakter daşıyır.
Kurmanbek Bakiyevə 24 illik cəza