Sosial şəbəkələrdə polis əməkdaşlarının küçədə vətəndaşlara yaxınlaşaraq onların vaksinasiya olunub-olunmadıqlarını yoxladıqlarına dair məlumatlar yayılıb. Yayılan məlumatlarda iddia olunur ki, polislər parklarda və digər ictimai yerlərdə insanlara yaxınlaşaraq peyvənd olunmadıqlarına görə onları polis bölməsinə aparırlar.

Məsələ ilə bağlı Unikal.org-a açıqlama verən DİN Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev yayılan məlumatların həqiqəti əks etdirmədiyini bildirib:

"Hər hansı formada polis əməkdaşlarının küçədə vətəndaşlara yaxınlaşaraq vaksinasiya olunmalarını tələb etmələrinə dair yayılan iddialar yalandır. Belə hal mövcud deyil".

Murad İbrahimli