Azərbaycanda vaksinasiya olunmamış vətəndaşlar bazarlara buraxılmayacaq. 

Unikal.org qaynarinfo-ya istinadən xəbər verir ki, prosesə növbəti həftədən start veriləcək. 

Bununla bağlı artıq bazarların sahiblərinə məlumat verilib. Bundan sonra bazarlarda satıcıların vaksinasiyasına başlanılıb. Vaksin vurdurmaqdan imtina edənlərə isə artıq bazarda çalışa bilməyəcəkləri barədə xəbərdarlıq edilib. 

Məlumata görə, alıcılar da bazarlarla COVİD-19 pasportu ilə buraxılacaq.

Analoji prosesin iri ticarət mərkəzlərində də həyata keçiriləcəyi gözlənilir.