Serj Sərkisyan Dağlıq Qarabağ müstəqilliyinin tanınması təklifini pislədi
“Dağlıq Qarabağ müstəqilliyinin tələm-tələsik tanınması avantürizmdir”.

APA-nın “Novosti Armeniya” saytına istinadən verdiyi məlumata görə, bu fikirləri Erebunidə seçicilərlə görüş zamanı Ermənistan prezidenti Serj Sarkisyan deyib.

Onun sözlərinə görə, prezidentliyə namizədlərdən bəziləri, xüsusən də ölkənin sabiq xarici işlər naziri, İrs Partiyasının sədri Raffi Ovanisyan Dağlıq Qarabağ müstəqilliyin tanınmasının vacibliyini qeyd edib: “Raffi Ovanisyan bildirir ki, prezident postuna seçilsə, Qarabağın müstəqilliyini tanıyacaq. Siz bunun nə demək olduğunu anlayırsınız? Bu, çox böyük avantürizmdir, burada söhbət ciddi qərarlardan gedir. Üstəlik bu sözləri özünü xarici siyasət sahəsində mütəxəssis sayan insan deyir”.