Türkiyənin Kahramanmaraş şəhərində amfibiya təyyarə qəzaya uğrayıb.

Unikal.org “Haber Global”a istinadən xəbər verir ki, hadisə şəhərin Onikişubat rayonunda qeydə alınıb.

Təyyarənin göyərtəsində 8 nəfərin olduğu deyilir.

Hazırda axtarış-xilasetmə tədbirləri davam etdirilir.

Qəzanın dəqiq səbəbləri məlum deyil.