İranda avqustun 16-dan 22-dək ölkə ərazisində sərt karantin elan edilib.

Unikal.org xarici KİV-ə  istinadən xəbər verir ki, hökumətin aldığı qərara əsasən, bir həftə ərzində özəl və dövlət müəssisələri, banklar, bazarlar və ticarət mərkəzləri bağlanacaq. Təcili tibbi yardım, ərzaq və yanacaq daşıyan avtomobillərdən başqa, digər nəqliyyat vasitələrinin hərəkəti qadağan olunacaq.