Ukraynanın Dnepropetrovsk vilayətinin Krivoy Roq şəhərinin meri Konstantin Pavlovun meyiti tapılıb.

Unikal.org  xarici KİV-ə istinadən xəbər verir ki, Pavlovun meyiti evin eyvanında tapılıb. Cəsədin yaxınlığında isə ov tüfəngi olub. Hazırda onun ölümünün səbəbi araşdırılır.

48 yaşlı K.Pavlov ikinci çağırış Ali Radanın deputatı idi. 2020-ci ilin dekabr ayında Krivoy Roqun meri təyin edilib.