Bakıda azyaşlının xəsarət alması ilə nəticələnən qəza baş verib.

Unikal.org xəbər verir ki,  hadisə Xəzər rayonunda, Binə qəsəbəsində qeydə alınıb. Belə ki, avtomobil ehtiyatsızlıqdan 2018-ci il təvəllüdlü T. A-nı vurub.

Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır.