Kabil Beynəlxalq Hava Limanında atəş səsləri eşidilib.

Bu barədə Unikal.org TASS-a istinadən xəbər verir.

Məlumata görə, atəş ABŞ ordusu tərəfindən hava limanına toplaşan kütləni dağıtmaq üçün açılıb.

Ölənlər və yaralananlar barədə məlumat verilmir.

Pentaqon sözçüsü Con Kirbi bildirib ki, birbaşa insanlara atəş açılmayıb.

Kirbi 4500 ABŞ əsgərinin hazırda Kabil hava limanında olduğunu təsdiqləyib və yaxın 24 saat ərzində daha yüzlərlə əsgərin gələcəyini qeyd edib.