Qubanın dağlıq kəndində yanğın qeydə alınıb.

Unikal.org xəbər verir ki,  hadisə Rustov İnzibati Ərazi Dairəsinin Yektar yaşayış məntəqəsi ərazisində qeydə alınıb.

Yanğın zamanı bələdiyyəyə məxsus 1 hektar kolluq ərazi yanıb.

Hadisə yerinə Quba Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub, yanğının söndürülməsi işləri aparılır. Yanğının meşəlik əraziyə keçməsinin qarşısı alınıb.

Qeyd edək ki, Yektar yaşayış məntəqəsi Rustov kəndinin ən ucqar yaşayış məntəqəsidir, rayon mərkəzindən 21 kilometr məsafədə, Şahdağ Milli Parkı ilə sərhəd ərazidə yerləşir.

Faktla bağlı araşdırma aparılır.