Böyük Britaniyada son sutka ərzində 32 058 nəfər koronavirusa yoluxub. Bununla da koranavirusa yoluxanların ümumi sayı 6 460 930 nəfərə çatıb.

Unial.org-un verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.

Son sutka ərzində 104 nəfər koronavirusdan həyatını itirib. Hazırda Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 131 591 nəfərə çatıb.