Türkiyənin şimalında sel fəlakətindən ölənlərin sayı 82 nəfərə çatıb.

Unikal.org-un xəbərinə görə, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, Qara dənizin qərbində baş verən sel fəlakəti nəticəsində Kastamonuda 71, Sinopda 10, Bartında 1 nəfər həyatını itirib.

Qeyd edək ki, AFAD bundan əvvəl 81 nəfərin təbii fəlakət qurbanı olduğunu bildirmişdi.