Dünyaca məşhur 24 yaşlı model Kayli Cennerin repçi sevgilisi Travis Skottdan 2-ci övladı dünyaya gələcək.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, bu barədə cütlüyə yaxın mənbələrdən biri məlumat verib.

Onun sözlərinə görə, doğulacaq körpələrinin sevincini yaşayan məşhurlar hələlik bu haqda danışmaq istəmirlər.

Qeyd edək ki, Kayli Cennerin repçi sevgilisi Travis Skottdan 3 yaşlı Stormi adlı qızı da var.