Cəlilabad rayonunda ağır yol qəzası baş verib.

Unikal.org xəbər verir ki, hadisə Uzuntəpə kəndində qeydə alınıb.

"Mercedes" markalı minik avtomobillə "UAZ" markalı yük avtomobilinin toquşması nəticəsində azı 4 nəfər xəsarət alıb.

Yaralılar xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.(report.az)