Avropa iqlim neytrallığına nail olmaq istəyir, yəni 25 ildən sonra indikindən xeyli az qaza ehtiyacımız olacaq.

Unikal.org xəbər verir ki, bunu Almaniya kansleri Angela Merkel Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşdən sonra deyib.

"Addımbaaddım Avropanın 2050-ci ilədək iqlim neytrallığına nail olması lazımdır. Bu da o deməkdir ki, ən geci 25 il sonra Rusiyadan Avropaya qaz çatdırılmayacaq və yaxud az miqdarda çatdırılacaq", - deyə Merkel bildirib.

Onun sözlərinə görə, Ukrayna hadisələrin bu cür inkişafına hazır olmalı və yaşıl enerjini inkişaf etdirməlidir.