Kabil hava limanı 48 saat ərzində bağlı qalacaq.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, aeroportun bağlanmasında məqsəd ərazinin boşaldılmasıdır.

Qeyd edək ki, artıq xeyli müddətdir Kabil hava limanına minlərlə insan toplaşıb. Onlar Əfqanıstanı tərk etmək ümidilə sutkalarla növbə gözləyir.

Rəsmi mənbələrə görə, son günlərdə ərazidəki sıxlıq nəticəsində 20, qeyri-rəsmi məlumatlara görə isə 40 nəfərin həlak olduğu bildirilib.

Avqustun 15-i "Taliban"ın Əfqanıstanı tam tutmasından sonra təkcə ABŞ sözügedən aeroportdan 17 mindən çox sivili təxliyə edib.