Rusiya etibarlı tərəfdaşlara deyil, öz gücünə güvənməlidir.

Unikal.org xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin "Vahid Rusiya Partiyası"nın iclasındakı çıxşında deyib.

Dövlət başçısı Xarici İşlər Nazirliyinin milli mənafe baxımından olduqca praqmatik şəkildə çalışdığını bildirib.

Putin "Bəzən Sergey Lavrova müdafiə naziri deyil, xarici işlər naziri olduğunu xatırlatmaq məcburiyyətində qalıram", - deyə zarafatyana şəkildə iclasda bildirib.