Qazax rayonunda bıçaqlanan gəncin şəxsiyyəti məlum olub.

Unikal.org xəbər verir ki, həmin şəxs 1994-cü il təvəllüdlü Ruslan Alırzayevdir. O, Qazax şəhər ərazisindəki bazarın yaxınlığında avtomobildən düşən zaman bir neçə nəfərin hücümuna məruz qalıb. Bu zaman gəncə bir neçə bıçaq xəsarəti yetirilib.

R.Alırzayev xəstəxanaya yerləşdirilib, onun vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.