ABŞ-ın Hamfris bölgəsində baş verən daşqın nəticəsində ölənlərin sayı 22 nəfərə çatıb.

Unikal.org "TASS"a istinadən xəbər verir ki, 40-dan çox adam itkin düşüb.

Hazırda axtarışlar davam etdirilir.

Qeyd edək ki, Hamfris bölgəsi Tennessi ştatının paytaxtı Neşvil şəhərindən təxminən 100 km məsafədə yerləşir. Təbii fəlakət yolların bağlanmasına, kommunikasiyaların pozulmasına və əlaqələrin kəsilməsinə səbəb olub.

***00:29

ABŞ-ın Tennensi ştatında baş verən sel fəlakəti baş verib. 

Unikal.org xəbər verir ki, sözügedən təbii fəlakət nəticəsində ölənlərin sayı 15 nəfərə çatıb.

Ölənlərin arasında uşaqların da olduğu bildirilir.

İtkin düşən 30 nəfərin isə axtarışları davam etdirilir.

Məlumata görə, bölgədə son 28 ilin ən dəhşətli sel fəlakəti yaşanıb.

Ağarza Elçinoğlu