Türkiyə və Pakistanda Əfqanıstandan olan miqrantlar üçün qaçqın düşərgəsi yaratmağı planlaşdırırıq.

Unikal.org xəbər verir ki, bu sözləri Böyük Britaniyanın müdafiə naziri Ben Vallas deyib.

O bildirib ki, sözügedən ölkələrdə miqrasiya mərkəzləri yaradılacaq.

Nazir, 31 avqustdan öncə heç bir ölkənin Əfqanıstandan təxliyəsi tamamlanmayacağını da əlavə edib. 

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa Birliyi Şurası rəhbəri Şarl Mişellə telefon söhbəti zamanı ölkəsinin daha miqrant qəbul edə bilməyəcəyini bildirmişdi.

Ağarza Elçinoğlu