“Rosoboronexport” şirkətinin rəhbəri Aleksandr Mixeyev avqust ayında Türkiyədə keçirilən IDEF 2021 silah sərgisi zamanı müəyyən uğurların əldə edildiyini qeyd edib.

Unikal.org  TASS-a istinadən xəbər verir ki, S-400 zenit-raket komplekslərinin tədarükünə dair Türkiyə ilə yeni müqavilə yaxın vaxtlarda imzalana bilər. Bu barədə bazar ertəsi "Armiya-2021" beynəlxalq hərbi-texniki forumu zamanı “Rosoboronexport”un (Rostecin bir hissəsi) baş direktoru Aleksandr Mixeyev məlumat verib.

Onun sözlərinə görə, avqust ayında Türkiyədə keçirilən IDEF 2021 silah sərgisi zamanı müəyyən uğurlar əldə edilib. "Sərgi uğurla keçirildi, nümayəndə heyətimiz yaxşı bir araşdırma proqramı həyata keçirdi", - Mixeyev deyib.

Rusiya və Türkiyə 2017-ci ildə Moskvanın Ankaraya S-400 komplekslərini tədarük etməsi barədə razılıq əldə olunub. Türkiyə bu sistemləri Rusiyadan alan ilk NATO ölkəsidir. Ankaranın bu qərarı ABŞ-ın və bütövlükdə alyansın kəskin mənfi reaksiyasına səbəb olub.

S-400 Triumf Rusiyanın uzun və orta mənzilli zenit raket sistemidir. Güclü atəş və elektron əks-tədbirlər şəraitində hava hücumu və kəşfiyyat aktivlərini və digər hava hədəflərini məğlub etmək üçün istehsal olunub.