Keçən ay Türkiyədə pişiyin dərisini soyub kəsərkən tutulan Fatma adlı şəxs ifadə verib. 

Unikal.org xəbər verir ki, faktla pağlı prokurorluq cinayət işi açmasa da, "əmlaka ziyan vurmaq" və "camaatı nifrət və düşmənçiliyə təhrik etmək" cinayətləri üzrə istintaqın davam etdiyini bildirib. 

 "Allah onları yeyə bilməyim üçün yaradıb. Daha əvvəl də pişik və itləri kəsib yemişəm", - deyə Fatma adlı Türkiyə vətəndaşı qeyd edib. 

Məhəllə sakinləri isə "çölə çıxmağa qorxuruq. Bizə kömək edin" deyərək cinayətlə bağlı doğru qərarın verilməsini tələb edib. Lakin pişiyi yeyən qadının şizofren olduğu və cinayət etmədiyi  səbəbiylə məsuliyyətinə cəlb edilmədiyi müəyyən edilib.

Ağarza Elçinoğlu