“Ötən illə müqayisədə bu il II və III ixtisas qrupu üzrə dövlət sifarişli yerlərin sayı artırılıb”.

Unikal.org xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

O bildirib ki, bu il II ixtisas qrupu üzrə dövlət sifarişli 115, III ixtisas qrupda isə 97 yer artırılıb.