Avqust ayının 23-də İngiltərənin cənub-şərqində ağır qəza baş verib. 

Unikal.org xəbər verir ki, M25 avtomobil yolunda yük maşını, mikroavtobus və minik avtomobilinin toqquşması nəticəsində üç nəfər ölüb. Qəzanı qəsdən törətməkdə şübhəli bilinən iki sürücü həbs edilib. Bildirilib ki, onlar yolun əks istiqamətində hərəkət edirmiş. 

Valtham Abbey yaxınlığında baş verən ölümcül qəzadan sonra M-25 yolu bağlanıb.

Polisdən verilən məlumata görə, qəzadan sonra həyati təhlükəsi olan 1 nəfər xəstəxanaya yerləşdirilib. 

Ağarza Elçinoğlu