Ermənistanda son sutka ərzində daha 537 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.

Unikal.org  “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 238 422 nəfərə çatıb.

Ermənistanda koronavirusdan bir gündə 6 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 4768-yə yüksəlib. Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 1148 nəfərdir.

Aktiv xəstələrin sayı 7787 nəfər təşkil edir.