Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən partlamamış sursatların aşkar edilməsi istiqamətində profilaktiki tədbirlər mütəmadi olaraq davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Unikal.org-a verilən məlumata görə, Xocavənd RPŞ-nin əməkdaşları xidməti fəaliyyətini yerinə yetirərkən rayonun işğaldan azad edilmiş Hadrut qəsəbəsi ərazisindəki evlərdən birinin həyətində “M-85” markalı bomba aşkar ediblər. Həmin ərazi dərhal nəzarətə götürülüb və aşkar edilmiş partlayıcı vasitənin zərərsizləşdirilməsi üçün Minatəmizləmə Agentliyinin əməkdaşlarına məlumat verilib. Bomba zərərsizləşdirildikdən sonra ərazinin təhlükəsizliyi təmin edilib.