Payızadək əhalinin 60 faizinin koronavirusa qarşı peyvəndlənməsi bu gedişatla çətin olar.

Unikal.org xəbər verir ki, bunu ARB24-ün “Gündəm” verilişinə açıqlamasında Rəşad Mahmudov deyib.

“Burada dövlətin qoyduğu əzmkarlıq nəticəsində çatışmazlıq deyilən bir hadisə ilə rastlaşmamışıq. Buna peyvəndlənmə prosesi başladığı ilk gündən şahidik. Lakin cəmiyyətin bu məsələdə həssaslığı sadəcə dalğalar əmələ gələn zaman yaranması, sonra vəziyyət sakitləşəndə isə yenidən hər kəsin ona qarşı antitəbliğat aparması kimi hadisələr lazım olan hədəfə çatmağımızda çətinlik yaradır. Tarix boyunca bilinən həqiqət var ki, epidemioloji xəstəliklərlə mübarizədə, dalğaların artmasının qarşının alınmasında peyvəndlənmə prosesində kütləviliyin qısa müddətdə olması lazımdır. Çünki bu gün 2.5 milyon insan peyvəndlənibsə və gələn ilin martınadək digər 2.5 milyon peyvəndlənsə belə, əvvəlki peyvəndlənənlərdə artıq peyvəndin təsiri keçmiş olacaq”,- deyə o bildirib.