“Vaksinasiya prosesi başlanandan bəri 35 min nəfərə yaxın təhsil işçisi əks-göstərişlə bağlı arayış təqdim edib. Allergik rinit, diabet xəstəliyi olanlar da poliklinikalardan belə arayış alıblar. Avqustun 9-dan isə Səhiyyə Nazirliyi və TƏBİB tərəfindən vahid “Əks-göstəriş sertifikatı” hazırlanıb. Artıq həmin əməkdaşlarımız qeyd olunan sertifikatı almalıdır”. 

Unikal.org xəbər verir ki, bu barədə təhsil nazirinin müavini Rüstəm Ağayev bildirib.