Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospektində baş verən yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində qısa müddət ərzində məhdudlaşdırılaraq söndürülüb.

Unikal.org-un xəbərinə görə, bu barədə FHN-in məlumatında bildirilib.

***

14:49

Hazırda Heydər Əliyev prospektində metronun “Koroğlu” stansiyası istiqamətində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir. 

BNA-dan Unikal.org-a verilən məlumata görə, sıxlıq yol kənarında baş verən yanğın səbəbindən yaranıb.