"I qrupda 600 baldan yuxarı nəticə göstərənlərin sayı 29 nəfər artıb".

Unikal.org xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, 500 baldan yuxarı bal toplayanların sayı isə 9 nəfər azalıb: “200 baldan yuxarı nəticə göstərənlərin sayı 200 nəfər azalıb”.

M.Abbaszadə həmçinin bildirib ki, bu qrupda 200 baldan çox toplayanların hamısının ali məktəblərə qəbul olma şansı var:

“Əgər onlar düzgün ixtisaslar seçsələr, qəbul olacaqlar”.